ABRAZİON LİMAN (BUXTA)

dəniz sahilinin dayaz liman tipi olub, dalğaların abrazion fəaliyyəti sayəsində əmələ gəlir. абразионная бухта сove
ABRAZİON QÖVS
ABRAZİON MÜVAZİNƏT PROFİLİ
OBASTAN VİKİ
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild.
Abrazion proses
Abraziya (geomorfologiya)
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Liman (Lənkəran)
Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == 1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada (ruslar tərəfindən "Prival" adlanan yerdə) yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir. == Əhalisi == 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Liman (coğrafiya)
Liman (yun. λιμένας — havan, buxta) — Sahil boyunda qurunun tədricən dayazlaşdığı yerlərdə, dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzinə liman deyilir. Daşqınlar zamanı dəniz suyu basmış liman açıq dənizə geniş şəkildə açılarsa buna quba deyilir. Limanın suyu şirin çay suyu ilə duzlu dəniz suyu qarışdıqdan təşkil olunduğundan elədə şor olmur. Ancaq limana az miqdarda çay suyu axdığı zaman suyu şorlaşır.
Liman (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Liman (dəqiqləşdirmə)
Liman — sahilyanı yarımqapalı su hövzəsi. Həmçinin bu mənalara gələ bilər: Liman (coğrafiya) Yaşayış məntəqələri Liman (Lənkəran) — Azərbaycanın Lənkəran rayonu ərazisində şəhər. Liman (Şabran) — Azərbaycanın Şabran rayonu ərazisində kənd.
Liman (kommuna)
Liman (fr. Limans, oks. Limans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Forkalkye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 108-i iqtisadi cəhətdən, 122-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 47.0%, 1999-cu ildə 52.9%). Aktiv fəaliyyət göstərən 108 nəfərdən (50 kişi və 42 qadın), 16 nəfər işsizdir (7 kişi və 9 qadın).
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Liman bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Liman şəhəri
Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == 1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada (ruslar tərəfindən "Prival" adlanan yerdə) yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir. == Əhalisi == 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Taman (liman)
Taman — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində, Jelezny Rog burnu yaxınlığındakı dəniz limanıdır. Taman dəniz limanı ixrac üçün müxtəlif yüklərin daşınması ilə məşğuldur. Limanda neft və neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazları, ammonyak, taxıl, kömür, gübrələr, dəmir filizi, kükürd, polad məmulatları, konteynerlərdə yüklərin daşınması üçün terminallar tikilmiş və tikilməkdədir. 2015-ci ildə limanın yük dövriyyəsi 12,3 milyon ton (artım 20,8%) təşkil edib ki, bu da onu Rusiya Federasiyasının limanları arasında 15-ci yerə yüksəldib. Liman terminallarının tikintisi başa çatdıqdan sonra yük dövriyyəsi 70 milyon tona çatmalıdır ki, bu da limanı Rusiyada ikinci və ya üçüncü yerə çevirəcək. "Taman" həm Taman yarımadası, həm də Krım vasitəsilə yüklərin daşınmasına imkan verən Krım körpüsü ilə eyni olan nəqliyyat yanaşmalarından istifadə edir. Limana yaxınlaşmalarda dərinliklər 20–25 metrdir. Limana dedveyti 220 min tona qədər, uzunluğu 300 m-ə qədər, eni 50 m-ə qədər, yanalmalarda 14 m-ə qədər, TLU-da isə 21 m-ə qədər olan gəmilər daxil ola bilər. Liman Azov-Qara dəniz hövzəsinin nəqliyyat və logistika imkanlarının inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün nəzərdə tutulub. Taman limanı hələ də tikilir, lakin artıq beynəlxalq nəqliyyat üçün açıqdır.
Ağ liman(roman)
Ağ liman — Povest 1970-ci ildə xalq yazıçısı Anar Rzayev tərəfindən qələmə alınmışdır. == Haqqında == Anar Rzayevin yaradıcılığında povest janrı önəmli yerlərdən birini tutmaqdadır. Onun elə ilk iri həcmli əsəri də "Ağ liman" povesti olmuşdur. Bu povest Anar Rzayevin yaradıcılığında yeni bir səhifənin başlanğıcıdır "Ağ liman" əsəri Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), İranda, Slovakiyada, Çexiyada, Gürcüstanda, Misirdə və bir sıra ölkələrdə çap olunmuşdur. == Məzmunu == “Ağ Liman” povesti obrazlardan biri olan Nemətin yuxusu ilə başlayır. Nemət nəşriyyatda işləyən tərcüməçidir. və həyatda gördüyü hər bir şeyi dərindən müşahidə etmək bacarığı var. Nemət yuxusunda stansiyadadır, ailəsi və pişiyi ilə Bakıya getmək üçün altı ədəd qatar bileti almağı gözləyir. Bilet almaq növbəsi Nemetə çatır və Xəzinədar Səfdər dayı Nemətə Bakıya getmək üçün lazım olan biletləri vermək istəmir və bir neçə səbəb gətirir. O, Nemətin paltarlarının Bakıya getməyə uyğun hesab etmir və ona bir bilet verir.
Ağ liman (roman)

Balta-Liman konvensiyası
Balta-Limanı ticarət konvensiyası — Osmanlı imparatorluğu ilə İngiltərə arasında 16 avqust 1838-ci il tarixində İstanbulun Balta-Limanı mahalında imzalanmış ticarət müqaviləsi. Osmanlı imperiyası 1826-cı ildən bəri ehtiyac duyduğu yerli xammalın xarici tacirlər tərəfindən ixrac edilməsinin qarşısını alan yed-i vahid (inhisar) sistemini tətbiq etdi. Bu sistem Böyük Britaniyanın mənafeyinə uyğun deyildi və ingilislər onlara Osmanlı ərazilərində imtiyazlar vermək üçün Osmanlı imperiyasına təzyiqlər göstərirdilər. Osmanlı dövlət xadimi,diplomatı Mustafa Rəşid paşa, Misir valisi Kavalalı Mehmet Əli paşanın qiyamını yatırmaq üçün İngilislərdən kömək istədi. Bu yardım qarşılığında, ingilislər Balta-Limanida bir dövlət malikanəsində Böyük Britaniyaya böyük ticarət imtiyazları verən ticarət konvensiyasının imzalanmasını istədilər. Konvensiya 8 oktyabr 1838-ci ildə kraliça I Viktoriya tərəfindən, bir ay sonra sultan II Mahmud tərəfindən təsdiq edildi. == Tarixi == Britaniya imperiyası Osmanlı ərazilərində sərbəst ticarət hüququnu almaq üçün uzun müddət mübarizə aparmışdır. Lakin hər dəfə ingilislərin cəhdləri uğursuzluğa düçar olurdu. XIX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən Osmanlı imperiyası böyük dövlərin güclü təzyiqinə tam gətirə bilmirdi. Həmçinin ölkənin daxili vəziyyəti də Osmanlı dövlətinin xarici təzyiqə müqavimət göstərməsinə imkan vermirdi.
Liman Bradford Smit
Liman Bradford Smit (ing. Lyman Bradford Smith; 11 sentyabr 1904 Vinçester, Massaçusets – 4 may 1997 Manhattan, Kanzas) – ABŞ botaniki.
Buxta Üzərində Günəş (1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Buxta üzərində Günəş (film, 1969)

Liman Şəhərlərinin Universitet Liqası
Liman Şəhərlərinin Universitet Liqası (ing. Port-City University League və ya qısaca ing. PUL) — dünyanın böyük liman şəhərlərində yerləşən universitetlərin beynəlxalq birliyi. == Tarixi == 2006-cı ildə təsis edilmişdir. İlk ümumi yığıncağı da elə həmin il Yaponiyanın Yokohama şəhərində keçirilmişdir. == Üzvləri == 2014-cü ilin dekabr ayına olan məlumata görə liqaya 12 ölkədən 15 ali məktəb üzvdür.
Otto Liman fon Sanders
Otto Liman fon Sanders (alm. Otto Liman von Sanders‎; 17 fevral 1855 - 22 avqust 1929) — Birinci dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir. Liman fon Sanders Prussiya krallığının Pomeraniya bölgəsində yerləşən Stolp (indiki Slupsk) şəhərində anadan olmuşdur. O, 1874-cü ildə Alman ordusuna qoşulmuş və general rütbəsinə qədər yüksəlmişdir. 1913-cü ildə digər bir sıra prussiyalı generallar kimi o da Osmanlı ordusunda xidmət etməyə başlamışdır. 1915-ci ildə Gelibolu və Çanaqqala boğazlarını müdafiə edən 5-ci Ordu komandanlığına təyin olunmuşdur. Bu vəzifədə olarkən göstərdiyi xidmətlərə görə Müşir rütbəsinə yüksəlmişdir. 1918-ci ildə general Erix fon Falkenhaymın yerinə Sinay və Fələstin cəbhəsində döyüşən İldırım Ordular qrupuna komandan təyin olunmuşdur. Müharibə başa çatdıqdan sonra müharibə cinayətləri işlədiyi iddiası ilə 1919-cu ilin fevralında Maltada həbs olunur.
Dövlət Dəniz və Liman Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır. == Tarixi == DDLA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"ni rəhbər tutur. Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz və Liman Agentliyi BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək DDLA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. DDLA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.